"Bank VTB (Azərbaycan)"da növbədənkənar yığıncaq keçiriləcək

27.01.2022 Bank
28 fevral 2022-ci il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.

Bankın yaydığı məlumatda bildirlir ki, tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın baş ofisində saat 12:00-da baş tutacaq.

15%-dən başlayan KREDİTİ ONLAYN əldə et

Səhmdarlar yığıncağın gündəliyi ilə Bankın Baş ofisində tanış ola bilərlər.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC-nin nizamnamə kapitalının 99,9999 %-i Bank VTB-yə (Rusiya), 0,0001%-i fiziki şəxslərə məxsusdur.