USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Günay Bank" 2021-ci ildə də böyüyüb, ili mənfəət ilə başa vurub

27.01.2022 Bank
0 0
"Günay Bank" ASC 2021-ci ildə 409,6 min manat mənfəət əldə edib. Bank 2020-ci ili 408 min manat xalis mənfəət ilə başa vurmuşdu.

Bankın yaydığı press-relizdə bildirilir ki, “Günay Bank”ın ötən il cəmi aktivləri 2020-ci illə müqayisədə 11 milyon 426,5 min və ya 5% artaraq 256 milyon 469,4 min manata yüksəlib.

Bankın kredit portfeli də 10 milyon 388.6 min və ya 5% artaraq 203 milyon 489,2 min manata çatıb.

"Qeyd olunan göstəricilərdən məlum olur ki, “Günay Bank” ASC dayanıqlı bankçılıq fəaliyyətini uğurla davam etdirir",- press-relizdə bildirilir.