USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank ağacəkmə kampaniyasında iştirak etdi

12.04.2022 Bank
0 0
Yelo Bank korporativ sosial məsuliyyət çərçivəsində ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə qatılmağa davam edir. 



Bu dəfə 11 aprel tarixində Yelo Bank-ın rəhbər və işçi heyəti “Yaşıl Marafon” ağacəkmə kampaniyasına qatıldılar. Kampaniya çərçivəsində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 50 hektarlıq ərazidə maliyyə assosiasiyalarının iştirakı ilə müxtəlif ağaclar əkildi. Ərazidə həmçinin damla-suvarma sistemi də qurulub.

Qeyd edək ki, Marafon IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə keçirilib. Marafonda Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın eldar şamı və zeytun ağacı əkilib.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!