USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin “yastığı altından” banklara nağd dollar axını sürətlənir - MƏRKƏZİ BANK

22.06.2022 Bank
0 0
Azərbaycanda 2022-ci ilin may ayında əhalinin banklara “yastıq altından” çıxarıb satdığı nağd ABŞ dollarının həcmi kəskin artıb.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin may ayında banklar əhalidən nağd 242 milyon ABŞ dolları alıb. Bu göstərici öncəki ayı 44% üstələyir. Aprel ayında bankların əhalidən aldığı dolların həcmi 168 milyon idi. 242 milyon dollar əhalinin “yastıq altından” çıxardığı ABŞ dollarının həcmi 2016-cı ilin aprelindən bu tərəfə maksimal göstəricidir.

Bankların əhaliyə nağd valyuta satışında da may üzrə artım olub. Həmin ayda banklar əhaliyə 173 milyon dollar satıb.

Beləliklə, ötən ayda əhalinin nağd dollar alış-satışından banklara 68.62 milyon dollar axın edib.