USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Paşa Bank"ın kapital dəyişmələri açıqlandı

20.01.2023 Bank
1 0
“Paşa Bank”ın kapital dəyişmələri bəlli olub.

“Kommersant.az” bankın açıqladığı kapital dəyişmələrinə istinadən xəbər verir ki, “Paşa Bank”ın adi səhmləri ilin əvvəlində 354 milyon 512 min manat olub. Bu isə ilin sonunadək dəyişməz olaraq qalıb.

Bankın dividendləri isə müddət ərzində 44 milyon 314 min manat dəyişərək eyni rəqəmə bərabər olub. “Paşa Bank”ın bölüşdürülməmiş xalis mənfəəti ilin əvvəlində 93 milyon 726 min manat olub. Müddət ərzində sözügedən mənfəətini 195 milyon 260 min manat artıran bank müddət sonunda 288 milyon 986 min manata bərabər edib.

Bundan başqa “Paşa Bank”ın ümumi ehtiyatları ilin əvvəlində 38 milyon 858 min manat olub. Müddət ərzində isə sözügedən ehtiyat 19 milyon 359 min manat azalaraq 19 milyon 499 min manata enib.

Qeyd edək ki, bankın cəmi kapitalı müddət ərzində 175 milyon 901 min manat artaraq 662 milyon 997 min manat olub.