USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bankların sayı iki dəfə azalacaq - ƏKRƏM HƏSƏNOV

22.02.2023 Bank
28 1
Azərbaycan Mərkəzi Bankının (qısaca – AMB) hazırki kredit və depozit faizləri, həmçinin bank siyasəti ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən 25 bankın sayını azaltsın. Belə ki, hazırda gündəmdə “Bank BTB”-nin lisenziyasının əlindən alınmasıdır. Amma bundan başqa AMB siyasəti kiçik və orta bankların da lisenziyasının əlindən alınmasını planlaşdırılıb.

Kommersant.az xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Əkrəm Həsənova müracət etdik. O isə bankların yaxın 5 ildə sayında ciddi azalma olacağını proqnozlaşdırdığını bildirdi:

"Bank sistemi bu şəkildə inkişaf edə bilməz. Azərbaycanda 4-5 bankın vəziyyəti yaxşıdır. Azərbaycanda fəaliyyət göstərən iri bankların pulu o qədər çoxdur ki, artıq kredit verməyə müştəri tapmırlar. Kiçik və orta bankların isə pulu yoxdur. Buna görə də əmnaət üzrə vergi faizlərini öz üstünə götürən banklar bazarda kiçik paya sahib olan banklardır. İri banklar bu vergini ödəməyəcək çünki onların pulu onsuz da çoxdur. Bu da ona gətirəcək ki, kiçik və orta banklar əriyib gedəcək və böyük ehtimalla Azərbaycanda qarşıdakı 5 il ərzində 10-dan çox bank qalmayacaq".