Azərbaycanda fəaliyyət göstərən 25 bank arasında “Azərbaycan Sənaye Bankı” (qısaca – ASB), “Melli İran Bankının Bakı filialı” və “Naxçıvan Bank” istisna olmaqla digər 23 bankın toplam ipoteka kreditləri 2 milyard 957 milyon 996 min manat olub.
Kommersant.az xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” (qısaca –ABB), “Kapital Bank” və “Xalq Bank”ın cəmi daşınmaz əmlak krediləri ümumi portfelin 55,90 faizini təşkil edib. Geri qalan 44,1 faiz isə 20 bankın payına düşüb.
Qeyd edək ki, bankların üçü ipotekaya verdiyi kreditləri azaldıb, digər 20 bank isə sözügedən kreditlərini 2022-ci ilin sonuna qədər artırıb.