USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan banklarının müdafiəsi beynəlxalq arenada - TƏMİN EDİLDİ

13.03.2023 Bank
38 0
Vikipediya ensiklopediyasında Azərbaycanda fəaliyyət göstərən bankların siyahısı natamam və səhv məlumatlarla dərc edilmişdi. Banklarımızın haqqını tələb etdik və ensiklopediya ilə uzun sürən söhbətlərdən sonra Azərbaycan banklarının Vikipediyada düzgün, qərəzsiz və dolğun məlumatlarının yazılmasını təmin etdik.

Kommersant.az olaraq bildiririk ki, Azərbaycanda fəaliyyət göstərən 25 bankı Vikipediya ensiklopediyası natamam siyahı ilə dərc etmişdi. Uzun sürən çəkişmədən sonra 11 mart 2023 tarixində saat 05:44 radələrində saytımızın tələbi ilə düzəlişlər ensiklopediya tərəfindən dəyişdirilib və buna görə sonda Vikipediya saytımıza öz təşəkkürünü bildirib.

Belə ki, “Azər-Türk Bank”ı özəl bank olaraq göstərən Vikipediyaya sözügedən bankın 75 faiz səhmlərinin dövlətə məxsus olduğunu elə həmin ensiklopediyada bankın öz səhifəsinə istinadən göstərdik. “Azər-Türk Bank”ın dövlət bankı olaraq təqdim edilməsini təmin etdik.

Bundan başqa “Günay Bank” haqqında heç bir məlumata sahib olmayan Vikipediyaya 23 noyabr 1992-ci ildə AMB tərəfindən 23 nömrəli lisenziya ilə hazırda da fəaliyyət göstərdiyi tərəfimizdən bildirildi. Bundan sonra onun da Azərbaycanda fəaliyyət göstərən banklar siyahısına əlavə edilməsi təmin olunub.

Eyni zamanda “Bank Mellli İran" bankının filialı da ölkəmizdə özəl bank olaraq fəlaiyyəti Vikipediya mentoruna sübuta yetirilərək sözügedən siyahıya elavə edilib.

Qeyd edək ki, banklarımızın haqqını qlobal saytlarda özəlliklə də beynəlxalq ensiklopediyada qorumaq, müdafiə etmək ilk növbədə vətəndaş olaraq borcumuzdur. Kommersant.az saytı isə Maliyyə/Bank xəbər portalı olduğu üçün bu işi özünə vəzifə bilib və bu vəzifənin öhdəsindən layiqincə gəlib.