USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xarici pulköçürmələrindən istifadə edən banklar - SİYAHI

27.03.2023 Bank
12 5
Azərbaycan banklarının xarici pulköçürmə sistemlərinin sayı barədə araşdırma etdik. Məlum oldu ki, 25 bankdan 6-sı xarici pulköçürmə sistemlərindən istifadə etmir. Digər banklar isə ən çox halda 5, ən az halda isə 1 təcili pulköçürmə sistemini müştərilərinə təklif edə bilir.

Kommersant.az xəbər verir ki, əksər bankların istifadə etdiyi “Monex” pulköçürmə sistemi “Muğan Bank”a məxsusdur.

“Azərbaycan Beynəlxalq Bankı” (qısaca – ABB) 5 pulköçürmə sistemindən istifadə edir. Dövlət bankı “Garant”, “ManatExpress”, “Contact”, “Western Union” və “UPT” pulköçürmə sistemlərindən istifadə edir.

“Access Bank” xarici ölkələrə pul transferini iki şirkətlə həyata keçirir. Bankın müştəriləri filiallara yaxınlaşaraq “Western Union” və “Zolotaya Korona” sistemləri vasitəsilə xarici pulköçürmələri həyata keçirə bilər.

“AFB Bank” da 5 xarici pulköçürmə sistemlərindən istifadə edir. Bank “Zolotaya Korona”, “Western Union”, “Monex”, “Contact” və “UPT” vasitəsilə Azərbaycandan xaricə pulköçürmə imkanı təklif edir.

“Azərbaycan Sənaye Bankı” (qısaca – ASB) “Western Union” və “Zolotaya Korona” sistemləri vasitəsilə xarici pulköçürmələri həyata keçirə bilər.

“Azər Türk Bank” xarici pulköçürmələrinə görə heç bir sistemlə əməkdaşlıq etmir.

“Bank Avrasiya” 4 xarici pulköçürməsini müştərilərini təklif edir. Bank “Contact”, “Monex”, “Zolotaya Korona”, “Western Union” pulköçürmə sistemlərindən istifadə edir.

“Bank BTB” “Monex”, “Western Union”, “Contact”, “Zolotaya Korona” və “UPT” pulköçürmə sistemlərindən istifadə edir.

“Bank of Baku” da digər banklar kimi 5 pulköçürmə sistemini müştərilərinə təklif edir. Bank “Zolotaya Korona”, “Western Union”, “Monex”, “Contact” və “UPT” pulköçürmə sistemlərindən istifadə edir.

“Bank Respublika” “Zolotaya Korona”, “Western Union”, “Contact” və “UPT” pulköçürmə sistemlərindən istifadə edir.

“Express Bank” da 5 pulköçürmə sistemini müştərilərinə təklif edir. Bank “Zolotaya Korona”, “Western Union”, “Monex”, “Contact” və “UPT” pulköçürmə sistemlərindən istifadə edir.

“Günay Bank” “Zolotaya Korona”, “Western Union”, “Contact” və “UPT” pulköçürmə sistemlərindən istifadə edir.

“Kapital Bank” xarici ölkələrə pul transferini iki şirkətlə həyata keçirir. Bankın müştərilərinə “Western Union” və “Zolotaya Korona” sistemləri təklif etməklə yekunlaşır.

“Muğan Bank” 5 xarici pulköçürmə sistemi vasitəsilə müştərilərinin pullarını xaricə daşıya bilir. Bank “Zolotaya Korona”, “Western Union”, “Monex”, “Contact” və “UPT” pulköçürmə sistemlərindən istifadə edir.

“Naxçıvan Bank” 3 xarici şirkət vasitəsilə pulköçürmələrini həyata keçirir. Belə ki, bank “Western Union”, “Monex” və “UPT” şirkətlərini müştərilərinə təklif edir.

“Paşa Bank” fərdi müştərilər üçün xarici pulköçürmələri həyata keçirmir.

“Premium Bank” xarici ölkələrə pul transferini iki şirkətlə həyata keçirir. Bankın müştərilərinə “Western Union” və “Zolotaya Korona” sistemləri təklif etməklə yekunlaşır.

“Rabitə Bank” rəsmi internet saytında təcili pulköçürmələrlə bağlı məlumat paylaşmayıb.

“Turan Bank” 4 xarici pulköçürmə sistemi vasitəsilə müştərilərinin pullarını xaricə daşıya bilir. Bank “Zolotaya Korona”, “Western Union”, “Monex” və “Contact” pulköçürmə sistemlərindən istifadə edir.

“UniBank” 3 xarici pulköçürmə sistemini müştərilərinə təklif edir. Bank “Zolotaya Korona”, “Western Union” və “Contact” pulköçürmə sistemlərindən istifadə edir.

“XalqBank” da 5 xarici pulköçürmə sistemlərindən istifadə edir. Bank “Zolotaya Korona”, “Western Union”, “Monex”, “Contact” və “UPT” vasitəsilə Azərbaycandan xaricə pulköçürmə imkanı təklif edir.

“Yapı Kredi Bank” yalnızca “Western Union” pulköçürmə sistemini müştərilərinə təklif edə bilir.

“YeloBank” “Ziraat Bank” da pulköçürmələr barədə rəsmi internet saytında məlumat paylaşmayan banklar sırasındadır.

Bankın Adı

Sistemin sayı

1

ABB

5

2

Access Bank

2

3

AFB Bank

5

4

ASB

2

5

Azər Türk Bank

x

6

Bank Avrasiya

4

7

Bank BTB

5

8

Bank of Baku

5

9

Bank Respublika

4

10

Bank VTB

x

11

Express Bank

5

12

Günay Bank

4

13

Kapital Bank

2

14

Melli İran Bankı

x

15

Muğan Bank

5

16

Naxçıvan Bank

3

17

Paşa Bank

x

18

Premium Bank

2

19

Rabitə Bank

x

20

Turan Bank

4

21

UniBank

3

22

Xalq Bank

5

23

Yapı Kredi Bank

1

24

Yelo Bank

x

25

Ziraat Bank

x