USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankı əməliyyat mənfəəti əldə edib

21.07.2023 Bank
46 11
“Azərbaycan Beynəlxalq Bankı” (qısaca - ABB) cari ilin ikinci rübündə əməliyyat mənfəəti əldə edib.

Kommersant.az xəbər verir ki, dövlət bankının faiz gəliri 122 milyon 570 min manat artaraq 376 milyon 426 min manata, faiz xərcləri isə 29 milyon 311 min manat artaraq 64 milyon 972 min manata yüksəlib. Buna görə də bankın əldə etdiyi xalis faiz gəliri 311 milyon 453 min manat olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 93 milyon 259 min manat və ya 42.7 faiz çoxdur.

Bankın qeyri-faiz gəliri 11 milyon 98 min managt artaraq 92 milyon 738 min manata, qeyri-faiz xərcləri isə 29 milyon 311 min manat artaraq 64 milyon 972 min manata bərabərləşib. Nəticədə ABB-nin əldə etdiyi əməliyyat mənfəəti 244 milyon 593 min manat olub. Bu isə ötən ilin eyni rübü ilə müqayisədə 69 milyon 589 min manat və ya 39.7 faiz çoxdur.