USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank”ın cəmi aktivləri artıb

25.07.2023 Bank
42 38
“ExpressBank”ın cəmi aktivləri ötən ilin son rübü ilə müqayisədə 52 milyon 502 min manat və ya 12 faiz artaraq 489 milyon 458 min manata yüksəlib.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, bu artımda əsas pay kredit portfelinin üstünə düşüb. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər 53 milyon 461 min manat və ya 18 faiz artaraq 350 milyon 545 min manata yüksəlib. Bu artımdan əvvəl isə “ExpressBank” banklar və digər maliyyə institutlarındakı depozitlərini 22 milyon 325 min manat və ya 83.2 faiz azaldıb.

Bank istehlak kreditlərini 15 milyon 968 min manat artıraraq 175 milyon 337 min manata, biznes kreditlərini isə 9 milyon 345 min manat artıraraq 105 milyon 190 min manata yüksəldib. “ExpressBank” daşınmaz əmlaka verdiyi kreditləri ötən ilin son rübü ilə müqayisədə 28 milyon 147 min manat artıraraq 70 milyon 17 min manata çatdırıb. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 564 min manat azaldaraq 4 milyon 892 min manata endirib. Nəticədə bankın xalis kreditləri 345 milyon 653 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 54 milyon 25 min manat çoxdur. Xalis kreditlər cəmi aktivlərin 11 faizini təşkil edib.