USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan Gürcüstana və əksinə köçürülmüş pulun miqdarı açıqlandı

16.07.2018 Bank
0 0
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 9 milyon 128 min dollar həcmində pul köçürülüb.

Gürcüstanın Milli Bankının məlumatına görə, təkcə iyun ayında Azərbaycandan qonşu ölkəyə 1 milyon 607,1 min dollar həcmində pul köçürmələri həyata keçirilib.

Bu ilin ilk yarlm ilində Gürcüstandan Azərbaycana isə 5 milyon 739,7 min dollar, ötən ay isə 1 milyon 5,4 min dollar köçürülüb.

Yanvar-iyun aylarında qonşu ölkəyə xarici ölkələrdən ümumilikdə 744 milyon 194,5 min dollar köçürülüb. İyun ayında pul köçürmələrinin məbləği isə 135,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 14,8% çoxdur.

Cari ilin ilk yarım ilində Gürcüstana ən çox pul köçürmələri 214 milyon 105,6 min dollar olmaqla Rusiyadan daxil olub.

APA