USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“UniBank”ın faiz gəlirliyi artıb

01.11.2023 Bank
0 0
“UniBank”ın faiz gəliri ötən ilin eyni rübü ilə müqayisədə 37 milyon 406 min manat artaraq 154 milyon 866 min manata yüksəlib. Bankın faiz xərcləri isə 11 milyon 569 min manat artaraq 52 milyon 491 min manata çatıb. Buna görə də bank xalis faiz gəliri 97 milyon 580 min manat olub ki, bu da ötən ili müvafiq dövrü ilə müqayisədə 23 milyon 337 min manat və ya 31.43 faiz çoxdur.

Kommersant.az xəbər verir ki, “UniBank”ın qeyri-faiz gəliri 32 milyon 404 min manat artaraq 77 milyon 785 min manata, qeyri-faiz xərcləri isə 22 milyon 354 min manat artaraq 126 milyon 285 min manata bərabərləşib. Nəticədə “UniBank”ın əməliyyat mənfəəti 33 milyon 387 min manat artaraq 49 milyon 80 min manata çatıb.

Bank ötən ilin eyni rübündə əldə etdiyi zərəri bu ilin 3-cü rübündə mənfəətlə əvəz edib. Belə ki, bankın mənfəəti 21 milyon 907 min manat olub ki, bu da ötən ilin 3-cü rübü ilə müqayisədə 22 milyon 484 min manat çoxdur.