USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“UniBank”ın depozit portfeli artıb

31.10.2023 Bank
0 0
“UniBank”ın öhdəliklər cəmi 63 milyon 579 min manat artaraq 1 milyard 390 milyon 827 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bankın depozit portfeli 134 milyon 461 min manat artaraq 1 milyard 124 milyon 205 min manat olub. Bu artımda əsas pay fiziki şəxslərin əmanətlərinin üstünə düşüb. Belə ki, fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi 107 milyon 121 min manat artaraq 878 milyon 478 min manata çatıb. Hüquqi şəxslərin əmanətləri isə 27 milyon 339 min manat artaraq 245 milyon 727 min manata bərabərləşib.