USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“UniBank”ın aktivlər cəmi artıb

31.10.2023 Bank
0 0
“UniBank”ın aktivlər cəmi 9 ay ərzində 87 milyon 167 min manat artaraq 1 milyard 527 milyon 811 min manata yüksəlib. Bu artımda əsas pay bankın kredit portfelinin üstünə düşüb. Belə ki, “UniBank”ın müştərilərinə verdiyi kreditlər 157 milyon 235 min manat artaraq 640 milyon 813 min manata çatıb.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “UniBank”ın istehlak kreditləri 93 milyon 607 min manat artaraq 640 milyon 813 min manata, biznes kreditləri 48 milyon 404 min manat artaraq 322 milyon 729 min manata, daşınmaz əmlak kreditləri isə 15 milyon 225 min manat artaraq 83 milyon 287 min manata çatıb. Mümkün zərərlər üçün yaradılan məqsədli eytiyatını 12 milyon 497 min manat artıraraq 67 milyon 13 min manata bərabər edib. Buna görə də “UniBank”ın xalis kreditləri 979 milyon 816 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 144 milyon 739 min manat və ya 17.33 faiz çoxdur.