USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB”nin kredit portfeli artıb

15.01.2024 Bank
0 0
“Bank VTB”nin (Azərbaycan Filialı) aktivlər cəmi 11 milyon 407 min manat və ya 4.78 faiz artaraq 249 milyon 900 min manata bərabərləşib. Bu artımın əsas səbəbi bankın kredit portfelinin 2022-ci ilin son rübü ilə müqayisədə 17.11 faiz artmasıdır.

Kommersant.az xəbər verir ki, bankın müştərilərinə verdiyi istehlak kreditləri 4 milyon 367 min manat artaraq 78 milyon 800 min manata, biznes kreditləri 14 milyon 365 min manat artaraq 64 milyon 551 min manata, ipoteka kreditləri isə 8 milyon 613 min manat artaraq 47 milyon 769 min manata yüksəlib. Nəticədə bankın müştərilərinə verdiyi kreditlər 187 milyon 120 min manat olub ki, bu da 2022-ci ilin son rübü ilə müqayisədə 27 milyon 345 min manat və ya 17.11 faiz artaraq 187 milyon 120 min manata artıb.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 297 min manat artıraraq 23 milyon 358 min manat edən “Bank VTB”nin xalis kreditləri 163 milyon 761 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 26 milyon 48 min manat çoxdur.