USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Süni intellekt qlobal problemi böyütməkdə günahlandırılır

15.01.2024 Digər
0 0
BVF: Süni intellektin inkişafı iş yerlərinin 40%-ə qədərini ixtisar etmək və bərabərsizliyi artırmaqla təhdid edir.

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal gəlir bərabərsizliyi problemini pisləşdirməkdə süni intellekt (AI) texnologiyasını günahlandırıb. Bu barədə təşkilatın saytındakı məlumatda deyilir.

BVF ekspertlərinin fikrincə, süni intellekt inkişafının qlobal əmək bazarına potensial təsiri o qədər böyükdür ki, bu, planetdəki bütün iş yerlərinin 40 faizinə qədər təsir edə bilər. Bununla belə, yüksək orta gəlirli ölkələr inkişaf etməkdə olan bazarlara (40 faiz) və aşağı gəlirli ölkələrə (26 faiz) nisbətən daha çox iş itkisi (60 faiz) riski daşıyır.

BVF rəhbəri Kristalina Georgieva siyasətçiləri bu tendensiya ilə mübarizə aparmağa və sosial gərginlik təhlükəsinin daha da artmasının qarşısını almağa çağırıb.