USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İki nəhəng bankın birləşməsində ilk görüş sabahdır

26.09.2024 Bank
0 0
Alman Commerzbank-ın yeni baş direktoru Orlopp, UniCredit ilə ilk görüşün sabah olacağını bildirdi. Orloppun açıqlamalarından sonra Commerzbank səhmləri 4,2 faiz, UniCredit səhmləri isə 3,4 faiz artıb.

Alman Commerzbank-ın yeni CEO-su Bettina Orlopp, Alman bankının İtaliyanın UniCredit ilə mümkün birləşməsi üçün sabah ilk iclasını keçirəcəklərini söylədi.

154 illik bankın kritik bir dönəmdə baş direktoru vəzifəsinə yeni təyin olunan Orlopp ilk açıqlamasında bankın fikirlərə açıq olduğunu və iki bankın uyğunluğunun birlikdə araşdırılması lazım olduğunu bildirib.

UniCredit bu ay Commerzbank-da 9 faizlik pay aldığını açıqlayıb, daha çox səhm almaq planlarının olduğunu və mümkün birləşməni müzakirə etmək istədiklərini ifadə edib.

Commerzbank nəzarət və idarəetmə orqanları yekdilliklə bankın müstəqil qalmaq planlarını dəstəklədiklərini bildiriblər.

Səhmlər yüksəldi

Orloppun açıqlamalarından sonra Commerzbank səhmləri 4,2 faiz, UniCredit səhmləri isə 3,4 faiz artıb.