USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya Bankı siyasət dərəcəsi qərarını açıqlayıb

31.10.2024 Bank
0 0
Yaponiya Bankı pul siyasəti iclasından sonra faiz qərarını açıqlayıb. Yekdil qərarla qısamüddətli faiz dərəcəsi yüzdə 0,25 səviyyəsində sabit saxlanılıb.

Yaponiya Bankı (BoJ) siyasət faizini 0,25 faiz səviyyəsində saxlayıb. 2024-cü ilin Oktyabr ayı üçün "İqtisadi Fəaliyyət və Qiymətlər üzrə Proqnoz Hesabatı"nı da dərc edən bank, hesabatda ölkə iqtisadiyyatının potensial artım tempindən yüksək sürətlə böyüməyə davam edəcəyini vurğulayıb.

Hesabatda qeyd olunub ki, əsas İstehlak Qiymətləri İndeksində (CPI) illik artım tempinin 2024-cü maliyyə ilində təxminən 2,5 faiz, daha sonra 2025 və 2026-cı maliyyə illərində təxminən 2 faiz olacağı gözlənilir.

İqtisadi aktivlik və qiymətlərlə bağlı qeyri-müəyyənliklər davam edir

Hesabatda perspektiv risklər baxımından Yaponiyanın iqtisadi fəaliyyəti və qiymətləri ilə bağlı yüksək qeyri-müəyyənliklərin davam etdiyi və bunlara xarici iqtisadi fəaliyyət və qiymətlərdəki inkişaflar, əmtəə qiymətlərindəki inkişaflar, yerli şirkətlərin maaş və qiymət təyinetmə davranışları daxildir.