Mərkəzi Bankın valyuta ehtiyatları barədə - YENİ PROQNOZ

30.07.2018 Bank
Beynəlxalq reytinq agentliyi "S&P Global Ratings" Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 2022-ci ilədək 9 mlrd. 382 mln. dollara qədər artacağını proqnozlaşdırır.

"Kommersant.az" xəbər verir ki, 2017-cu ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları 5,3 mlrd. təşkil edib. Beləliklə, 2018-2021-ci illərdə bank ehtiyatları 75,8% arta bilər.

Agentliyin dərc etdiyi proqnozlara əsasən, AMB-nin valyuta ehtiyatları 2018-ci ildə 5 mlrd. 802 mln. dollara qədər artacaq. Ehtiyatlar 2019-cu ilin sonunda 6 mlrd. 987 mln. dollar, 2020-ci ilin sonunda 8 mlrd. 167 dollar təşkil edəcək.

AMB-nin valyuta ehtiyatlarının maksimum həcmi - 2014-ci ilin iyunun ayında 15 mlrd. 163,2 mln. dollar təşkil etmişdi. Devalvasiyalardan sonra ehtiyatların böyük hissəsi milli valyutanın məzənnəsinin dəstəklənməsi üçün sərf edildi.


© Marja