USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nağd pulların həcmi artıb

02.08.2018 Bank
0 0
May ayı ilə müqayisədə İyunda dövriyyədə olan nağd pullar 135,8 milyon manat artıb.

“Kommersant.az” Mərkəzi Bankım statistikasına istinadən xəbər verir ki, İyunun sonunda dövriyyədə 7 milyard 814.5 milyon manat nağd pullar olub. Bu məbləğ Mayın sonunda 7 milyard 678.7 milyon manat idi.

Ötən ilin sonu ilə müqayisədə dövriyyədə olan nağd pullar 325,7 milyon manat azdır. 31 Dekabr 2017-ci il tarixinə olan məlumata görə, həmin tarixdə dövriyyədə 8 milyard 140.2 milyon manat nağd pullar olub.

May ayı ilə müqayisədə İyunda pul bazası 57,6 milyon manat azalaraq 9 milyard 674.5 milyon manata düşüb. Manatla pul bazası isə 183,5 milyon manat artaraq 8 milyard 588 milyon manata çatıb. Müxbir hesablar isə 193,4 milyon manat azalaraq 1 milyard 842 min manata düşüb.

Müxbir hesablar azaldığından pul bazası da azalıb.

Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

© Marja