USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Dolların bahalaşması FES ilə davam edəcək"

11.05.2018 Bank
0 0
Qlobal maliyyə hodinqi HSBC strateqləri David Bloom və Pol Mackelin yazdığı hesabata görə, ABŞ Mərkəzi Bankının (Fed) faizləri artmağa davam etməsilə Dollar dəyər qazanacaqdır

"Kommersant.Az" xəbər verir ki, hesabatda, digər G-10 ölkələrinin mərkəzi banklarının sərt pul siyasətinə keçməkdə və ya uzatmaqda çətinliklər ilə qarşı-qarşıya olduğu qeyd edilib.

Bank strateqləri, dördüncü rüb üçün Avro/dollar məzənnəsi üzrə proqnozu 1.25-dən 1.15-ə endiriblər (1 Avro ucuzlaşacaq, Dollar bahalaşacaq). Məzənnə, hazırda 1.19 səviyyələrdədir.

Dollar/yuanda isə dördüncü rüb proqnoz 6.20-dən 6.40-a yüksəldilib.

Hesabatda, inkişaf edən bazarlara dair, "qlobal iqtisadiyyata dair nikbinliyin zəifləməsi və artan ticarət gərginliyi, inkişaf edən bazarların xeyrinə olmadı və bu bazarlara olan portfel axınlarını zəiflətdi. ABŞ faizlərində yuxarı istiqamətli hərəkət, çox inkişaf edən ölkələrin pul vahidləri üçün narahatlıq yaradır" ifadələri istifadə edilib.