USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın qiymətli kağızlar bazarının əməliyyat həcmi 2 dəfə artıb

27.11.2018 Bank
0 0
2018-ci ilin 9 ayı ərzində qiymətli kağızlar bazarında ümumilikdə 18 657.7 mln. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Əməliyyatların 57.2%-i (10 664.4 mln. manat) ilkin bazarda, 42.8%-i (7 993.3 mln. manat) isə təkrar bazarda aparılıb.

"Kommersant.az" bu barədə Maliyyə Bzarlarına Nəzarət Palatasının (MBNP) açıqlamasına istinad edir.

2018-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 47 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 546 mln. manat (95%-i və ya 518 mln. manat dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 12 269 mln. manat həcmində (141 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

2018-ci ilin 9 ayı üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.