USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın ticarət nümayəndəsi: "Ölkədə 113 Çin şirkəti fəaliyyət göstərir"

01.06.2018 İqtisadiyyat
0 0
"Azərbaycan Çin şirkətləri üçün təkcə tranzit ölkə deyil, həmçinin logistika, istehsalat və ticarət mərkəzi olmaq istəyir".

"Kommersant.Az"ın məlumatına görə, bunu "Global Times" qəzetinə verdiyi müsahibədə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 113 Çin şirkəti fəaliyyət göstərir və onların arasında "Huawei", ZTE və "China Southern Airlines" kimi iri şirkətlər mövcuddur.

Ticarət nümayəndəsi onu da əlavə edib ki, 2017-ci ildə Çinlə Azərbaycan arasına ticarət dövriyyəsi 1,29 mlrd. ABŞ dolları təşkil edib, bu da iki ölkə arasındakı ticarət əlaqələrinin ən böyük tarixi göstəricidir: "Hazırda Azərbaycan Çindən daha çox idxal edir, amma görürük ki, artım üçün imkanlar var və Çinə ixracımızı artırmaq niyyətindəyik".

Çinin təşəbbüskarı olduğu "Bir kəmər, bir yol" təşəbbüsü barədə danışan T.Nadiroğlu bildirib ki, müasir İpək Yolunu canlandıran bu layihəyə dəstək verən ölkələrdən biri elə Azərbaycan olub: "Düşünürük ki, bu layihə bir çox ölkələrə nəbzini Qərbdən Şərqə yönəltməyə imkan yaradacaq".

T.Nadiroğlu həmçinin investorların Azərbaycana cəlb edirlməsi istiqamətində ölkə rəhbərliyinin atdığı addımlardan danışıb.

  • Əvvəlki

    Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0