USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yüksəkmərtəbəli binaların tikintisi necə başlayır? - Ekspert izah edir

15.05.2023 İnşaat və Əmlak
32 10
“Yüksəkmərtəbəli bina tikən zaman hər binaya ayrılıqda fərdi qaydada yanaşılır, onun sənədləri işlənir, təsdiq olunur və bundan sonra işə başlanılır”.

Bu sözləri Kommersant.az-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı yüksəkmərtəbəli binaların tikinti prosesi haqqında danışarkən deyib.

Ramil Osmanlı qeyd edib ki, bu binaların tikintisi ilk əvvəl işçi layihə deyilən bir sənəd ilə başlayır:

İşçi layihə iş başlamamışdan qabaq təsdiq olunan bir sənəddir. Fövqəladə Hallar Nazirliyi tərəfindən baxılır, onun ekspertizası aparılır, yekunda da təsdiq olunur. İşçi layihə ümumilikdə A2 vərəqlərindən ibarət təqribən 150 səhifəlik material olur. Bu sənəddə aparılacaq tikintiyə dair bütün məlumatlar əks olunur”.

Ekspert bildirb ki, bu sənəd binanın mərtəbəsindən, ərazinin relyefindən asılı olaraq ayrılıqda işlənən bir sənəddir:

“ Qanunvericiliklə kalonlar arasındakı məsafələr, pərdələr, beton manalit örtüyünün yerləşdiyi ərazinin ölçüləri, ordakı nəlbəkilərin sayı, beton məhlullarının markası, armaturların kalonlara, pərdələrə və digər manolit qurğulara istifadə olunan armatir qurğuların qalınlığına kimi bu sənəddə öz əksini tapır. Yekun ekspertiza zamanı müəyyən olunsa ki, işçi layihədə hansısa bir hissədə sənədlə tikinti arasında fərq var, tikinti dərhal dayandırılır. İşçi layihənin işlənmə müddəti də təqribən mütəxəssisin bacarığından, vaxtından asılı olaraq 15 gün və 1 ay arasında dəyişir”.

  • Əvvəlki

    "Xidmətimiz artmağa davam edəcək" - İmamoğlu

Digər xəbərlər