"Unibank" və "Express Bank"ın kredit yarışındakı - NƏTİCƏLƏRİ, QALİB

25.09.2018 Bankların Dueli
Bu gün “Bankların Dueli” meydanında “Unibank” ilə “Express Bank” üz-üzə gəlib. Nağd pul kreditini hansı bank daha sərfəli şərtlərlə verir?

“Kommersant.az” xəbər verir ki, yeni müştərilər “Unibank”dan nağd pul kreditini (10 min manatı 1 il müddətinə) almaq üçün ən azı 1900 manat rəsmi əmək haqqı almalıdır. Rəqibi “Express Bank” da isə bu rəqəm 1428 manat (472 manat daha az) olaraq qeydə alınır. Bundan başqa, illik faiz dərəcəsinə 28% tətbiq edən “Unibank” sözügedən kredit üçün komissiya haqqı tələb etmir. Rəqibi “Express Bank” isə aşağıda qeyd olunan krediti 1% komissiya haqqı ilə təklif edir.

Həmçinin sözügedən kreditdə “Unibank” zamin tələb etməsə də “Express Bank” ən az halda 1 nəfər zamin tələb edir. “Unibank” aylıq ödəniş üçün 970 manat tələb edir ki, “Express Bank” bu kredit üçün 926 manat(44 manat daha az) aylıq ödəniş istəyir. Yekunda isə 10 min manatın 1 il müddətinə alınmasına görə “Unibank” 11 min 640 manat, “Express Bank” isə 11 min 116 manat (524 manat daha az) pul geri alır.

Yekun nəticəyə görə, ən ucuz krediti verən “Express Bank” günün ən sərfəli nağd pul krediti verən bankı seçilir.

Hər iki bankın 10 manatlıq nağd pul kreditini 1 il müddətinə hansı şərtlərlə verdiyini sizlərə təqdim edirik:

UniBank

Şərtlər

Express Bank

10.000

Kreditin Məbləği

10.000

1 il

Verilmə Müddəti

1 il

29%

İllik Faiz Dərəcəsi

20%

0%

Komissiya Haqqı

1%

Tələb Olunmur

Zamin

1 nəfər

970

Aylıq Ödəniş

926.35

1.900

Aylıq Maaş

1.428

11.640

Cəmi (Yekun)

11.116

Qeyd edək ki, sabah (26 sentyabr) “Kapital Bank” “Azərbaycan Beynəlxalq Bankı” təklif etdiklərlə şərtlərlə nağd pul krediti üzrə duelə çıxacaq.

VTB