Rəsulzadənin şəkli olan avro neçəyə satılacaq? - Açıqlama

14.06.2019 İqtisadiyyat
Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin şəkli əks olunmuş avro əskinasları cəmiyyətdə maraqla qarşılanıb.
Bəziləri banknotları necə əldə edəcəyi ilə maraqlanır, bəziləri isə hətta yalan olduğunu düşünür. Məsələnin aktuallığını nəzərə alınaraq, banknotların çapı ilə məşğul olan "0 Euro Banknotes" şirkəti ilə əlaqə saxlanıb. Şirkətin təmsilçisi İbrahim Gölgəli açıqlamasında bildirib ki, şəkil prototipdir, banknotlar hələ çapdan çıxmayıb: "Banknotlar satışa çıxanda Azərbaycandan da sifariş etmək mümkün olacaq". Gölgəli əskinasların qiymətlərinin təxminən 5-10 avro arasında dəyişəcəyini vurğulayıb. Məlumat üçün bildirək ki, banknot "Euro Souvenir Bank" layihəsi çərçivəsində istehsal olunub. Hələlik satışı nəzərdə tutulmasa da, üç aydan sonra satışa çıxarılacaq.
  • Əvvəlki

    Niderlanddan ilk konteyner bu ay Azərbaycana göndəriləcək

Digər xəbərlər