USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi yaxşı nəticələr verir" - İlham Əliyev

10.07.2019 İqtisadiyyat
0 0
“Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir”.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, neft-qaz sektorundan asılılığın azaldılması əsas vəifələrdəndir: “Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq”.

Prezident qeyd edib ki, bu il qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir: “Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir".