USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SİF və KOSGEB arasında anlaşma memorandumu imzalanıb

31.07.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi arasında təcrübə mübadiləsi aparılacaq.

Bununla bağlı bu gün Sahibkarlığın İnkişafı Fondu ilə Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi (KOSGEB) arasında anlaşma memorandumu imzalanıb.

Anlaşma memorandumunu SİF-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Samir Hümbətov və KOSGEB-in İdarə Heyəti sədrinin müavini Salih Tuna Şahin imzalayıblar. (Report.az)