USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkənin vətəndaşları 183 ölkəyə vizasız gedə bilirlər

31.07.2019 Dünya
0 1
Şengen zonasında səyahət etmək rahatdır, lakin əgər bu zonadan kənara çıxmaq istəsəniz, çətinliklər yarana bilər.

Belçika pasportu bu ölkənin vətəndaşlarına dünyanın 183 ölkəsinə vizasız getmək imkanı təmin edir. Beləliklə, Belçika və Böyük Britaniya pasportların dünya reytinqində altıncı yerdədirlər.

Belçika və Böyük Britaniyadan irəlidə 15 ölkə var.

Məsələ burasındadır ki, bir neçə ölkə eyni yeri tuta bilər. Məsələn, Yaponiya və Sinqapur siyahıda birinci yeri tutur.

Bu ölkələrin pasportları onların vətəndaşlarının 189 ölkəyə vizasız getmələrinə imkan verir. İkinci yeri Koreya, Almaniya və Finlandiya tutur. Bu ölkələrin vətəndaşları 187 ölkəyə sərbəst gedə bilirlər. (Azərtac)