Azərbaycanın qiymətli kağızlar bazarındakı son vəziyyət açıqlandı

20.08.2019 İqtisadiyyat
Bakı Fond Birjasında 2019-cu ilin ilk yeddi ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 682 milyon 804 min manat təşkil etmişdir.

Birjanın yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin 7 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin 7 ayına nəzərən 14.4% artım qeydə alınmışdır. 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi 7 milyard 588 milyon 475 min manat təşkil etmişdi.

2019-cu ilin iyul ayına Bakı Fond Birjasında listinqdə olan səhmlərin kapitalizasiyası 3 milyard 371 milyon 984 min manat təşkil etmişdir. 2018-ci ilin analoji dövründə BFB-nin kapitalizasiyası 3 milyard 300 milyon 721 min manat təşkil etmişdi. Ümumilikdə, Birjanın kapitalizasıyası qeyd olunan dövr ərzində 2.2% artmışdır.

Birja, hesabatlılıq formasının hazırlanması üzrə beynəlxalq təcrübə nəzərə alınaraq 2019-cu ilin avqust ayından etibarən BFB-nin və üzvlərinin aylıq dövriyyə göstəriciləri yeni formatda təqdim edir. Yeni formata görə, törəmə alətlər bazarı (foreks) üzrə dövriyyə BFB-nin ticarət dövriyyəsinə daxil edilmir.

BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli