USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 5,6 min iş yeri bağlanıb

20.08.2019 İqtisadiyyat
0 0
2019-cu ilin birinci yarımili ərzində ölkədə 5,6 min iş yeri bağlanmışdır.

"Kommersant.az" Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 51,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

İş yerlərinin 41,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 58,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

Eyni zamanda, 2019-cu ilin birinci yarımili ərzində ölkədə 92 min yeni iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 28,9 faizi qeyri-dövlət sektorunda açılmışdır.

Yeni iş yerlərinin 63,6 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 36,0 faizi digər regionların, o cümlədən 13,0 faizi Aran, 6,4 faizi Gəncə-Qazax, 6,2 faizi Lənkəran, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,4 faizi Şəki-Zaqatala, 1,8 faizi Abşeron, 1,0 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür. Yeni açılmış iş yerlərinin 43,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 28,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 27,4 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 55,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 11,2 faizi tikinti, 7,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,7 faizi emal sənayesi, 2,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi peşə, elmi və texniki fəaliyyət, 11,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır.

2019-cu il avqust ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 60,7 min nəfər olmuş, onların 35,8 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olmuşdur.

  • Əvvəlki

    Maliyyə sahəsinə investisiyalar 3 dəfəyə kimi artıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0