USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının iaşə dövriyyəsi 4,9% artıb

28.08.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul aylarında Bakının ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,9% artaraq 571,3 milyon manat olub.

"Kommersant.az"ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, dövriyyənin 45%-i hüquqi şəxs statuslu müəssisələrin, 55%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyul aylarına nisbətən 1,7% azalaraq 257,1 milyon manat təşkil edib.