USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

340-dan çox sahibkarlıq subyektinə 405 investisiya təşviqi verilib

27.09.2019 İqtisadiyyat
0 0
Azərbaycanda investisiya təşviqi mexanizmi çərçivəsində indiyədək 340-dan çox sahibkarlıq subyektinə 405 investisiya təşviqi verilib ki, bunun da nəticəsində 3,8 mlrd. manatdan çox investisiyanın yatırılması və 27 mindən çox yeni iş yerin açılması nəzərdə tutulur.

"Kommersant.az" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, investisiyaya dəyəri 2,5 mlrd. manatdan çox olan 260-a yaxınadək sahibkarlıq subyektləri üzrə 270 investisiya layihəsi artıq fəaliyyətə başlayıb və 19 mindən çox yeni iş yeri yaradılıb: "İnvestisiya təşviqi sənədini alan 350 sahibkara dəyəri 900 mln. manatdan çox olan texnika və texnoloji avadanlığın idxalı üçün 240 mln. manatadək güzəşt verilib".