USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Almaniya iqtisadiyyatına 3 mlrd. dollardan çox investisiya yatırıb

27.09.2019 İqtisadiyyat
0 0
Almaniya Azərbaycan iqtisadiyyatına 615 mln. ABŞ dollarından çox investisiya yatırıb ki, bunun da 96%-i qeyri-neft sektorunun payına düşüb.

"Kommersant.az" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, Azərbaycandan Almaniyaya isə 3 mlrd. dollardan çox investisiya qoyulub: "Azərbaycanın dövlət vəsaiti hesabına həyata keçirilən və ümumi müqavilə dəyəri 1,6 mlrd. dollar olan 66 layihə üzrə Almaniya şirkətləri podratçı kimi iştirak edirlər".

Nazir müavini əlavə edib ki, bu günə iki ölkə arasında 70-dən çox sənəd imzalanıb. Onların arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergi qoyulmasının aradan qaldırılması, maliyyə əməkdaşlığı, texniki əməkdaşlıq və s. yer alıb.

"Hazırda Azərbaycan ilə Almaniya arasında maliyyə və texniki əməkdaşlıq davam etdirilir. Texniki əməkdaşlıq sahəsində 4 yerli və 5 regional olmaqla 9 layihənin icrası davam etdirilir və bu layihələr üzrə Azərbaycana ayrılmış vəsaitin ümumi dəyəri təxminən 30 mln. avro təşkil edir", - deyə N. Səfərov qeyd edib.