"İdeal" "Sabina"nı aldı
 
                    
                        28.01.2020
                        İqtisadiyyat
                    
                
                        0
                        0
                    
                            
            
                "Sabina" mağazalar şəbəkəsi satılıb. "Sabina" mağazaları "İdeal" Parfumery and Cosmetics tərəfindən alınıb.
                
            
            “Kommersant.az” banker.az-a istinadən xəbər verir ki, sövdələşmənin qiyməti hələlik məlum olmasa da, strukturun yenilənməsi xəbəri artıq əməkdaşlara da bəllidir. Bununla bağlı artıq struktur və birləşdirmə işlərinə start verilib.
Qeyd edək ki, bazar günü parfüm mağazaları üçün önəmli satış günü olmasına baxmayaraq, həmin gün Nizami küçəsində yerləşən mağazası da işləməyib.
 
    
    
Ümumilikdə "Sabina" mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə "İdeal" brendindən daha əvvəl fəaliyyətə başlamışdı. "İdeal" mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.
 
        
    Əldə edilən məlumata görə, hazırda "İdeal" mağazalar şəbəkəsi hüquqi cəhətdən "ADORE KOMPANİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Şirkət 2007-ci ildə yaradılıb və nizamnamə kapitalı 3 milyon 200 min manat təşkil edir.
 
        
            
        
    
    
        
        
            
        
        
                    
                
                                                    
                                
                                    
                                     
                                    
                                    
                                        
                                
                            
                                                    
                                                    
                                            
                                    
                                                    
                                                    
                                                    
                                
                                    
                                     
                                    
                                    
                                        
                                
                            
                                            
                                    
                            
            
                    
    
        
    
        
            
    
            
    
                
            "ADORE KOMPANİ"nin qanuni təmsilçisi isə Samir Yalçın oğlu Əliyevdir.
 
            
            
            
            
        
    
    Digər xəbərlər
 
                                    
                                    
                                            24.01.2023
                                            İqtisadiyyat
                                        
                                        Vergi borcu olanlara hərtərəfli amnistiya - ƏRDOĞANDAN GÖZLƏNİLƏN QƏRAR
                                            39
                                            4
                                        
                                     
                                    
                                    
                                            20.01.2023
                                            İqtisadiyyat
                                        
                                        Qlobal bazarlar pul siyasəti ilə bağlı qeyri-müəyyənliklərlə qarşı-qarşıyadır
                                            0
                                            0
                                        
                                     
                        





.jpg)




















































 
                
.jpg)










