USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Benzinin qiyməti son 7 il ərzində yüksək həddə çatdı

08.10.2021 İqtisadiyyat
0 0
ABŞ-da benzinin pərakəndə satış qiyməti 2014-cü ildən bəri ən yüksək həddə çatıb.

“Kommersant.az” xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının (AAA) nümayəndəsi bildirib.

Belə ki, ABŞ-da bir qalon (3.8 litr) adi benzinin orta qiyməti 4 qəpik artaraq 3,24 ABŞ dollarına yüksəlib. Bu, 2014 -cü ilin oktyabr ayından bu yana ən yüksək pərakəndə satış qiymətidir.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti də ötən gün 1,4% artaraq 82,2 ABŞ dollarından çox olub.