USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ortamüddətli büdcə proqnozları əksər hallarda özünü doğrultmur - Hesablama Palatası

11.11.2021 İqtisadiyyat
0 0
Azərbaycan Hesablama Palatası ortamüddətli planlaşdırma dövrü üçün xüsusilə növbəti büdcə ilindən sonrakı illər üçün verilmiş proqnozların əksər hallar üzrə özünü doğrultmadığı qənaətindədir.

Bu barədə Azərbaycan Hesablama Palatası dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş məlumatların təhlilinə əsaslanaraq 2022-ci il dövlət büdcəsi layihəsinə rəyində bildirir.

Rəydə qeyd edilir ki, hər növbəti il üzrə müvafiq istiqamətlərdə proqnozlar kəskin dəyişdirilir və bu səbəbdən palata büdcəyə keçidin həyata keçirilməsi zamanı bu istiqamət üzrə fəaliyyətin gücləndirilməsinin zəruriliyi qənaətindədir.

Hesablama Palatasına görə, 2018-2020-ci illərdə dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilmiş məlumatlarda 2022-ci il üçün əks etdirilmiş gəlir və xərclər üzrə proqnoz göstəricilərin hazırkı “Büdcə zərfi”ndə müvafiq il üçün verilmiş göstəricilərlə müqayisəsi əhəmiyyətli fərqlərin olduğunu göstərir. Belə ki, 2019-2021-ci illərin “Büdcə zərf”ləri ilə müqayisədə hazırkı “Büdcə zərfində” 2022-ci il üçün gəlirlər üzrə proqnoz göstəricilər 1-3 mlrd. manat, xərclər üzrə isə 3-6 mlrd. manat məbləğində korrektə ilə proqnozlaşdırılıb.

© APA

  • Əvvəlki

    “Nar” Qarabağ müharibəsi iştirakçılarına dəstək istiqamətində sosial layihələrini davam etdirir

Digər xəbərlər