USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

11.01.2022 İqtisadiyyat
0 1
Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib.

"Kommersant.az" xəbər verir ki, həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.

Qeyd edək ki, bu ilin əvvəlindən ölkədə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.