Ev almaq istəyənlərin nəzərinə: qiymət ucuzlaşdı

12.01.2022 İqtisadiyyat
Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.

Belə ki, 2021-ci ilin dekabr ayında Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 3,03 faiz ucuzlaşma qeydə alınıb.

Dekabr ayında bahalı evlərin bir kvadratmetrinin qiyməti 1667 manat, orta qiyməti olan evlərin dəyəri 968 manat, ucuz evlərin isə bir kvadratmetrinin qiyməti 401 manat təşkil edib.

Fərdi yaşayış və bağ evlərinin qiymətində ucuzlaşma qış mövsümündə bu evlərə olan tələbatın azalması ilə əlaqələndirilir.

  • Əvvəlki

    Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Digər xəbərlər