USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın qaz ixracı 19 faiz artıb

15.12.2022 İqtisadiyyat
0 0
Yanvar-noyabr aylarında Azərbaycanın qaz ixracı 19% artıb.

Bunu energetika naziri Pərviz Şahbazov tvitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, Avropaya 10,3 mlrd kubmetr, Türkiyəyə 7,6 mlrd kubmetr, Gürcüstana isə 2,2 mlrd kubmetr qaz ixrac olunub.

Bu dövrdə TANAP Türkiyəni 5,2 mlrd kubmetr qazla təchiz edib.