USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - DEPUTAT

18.12.2018 İqtisadiyyat
0 0
“Bu gün təhsildə əsas problem repetitor məsələsidir. Lakin “Ümumi təhsil haqqında” qanun layihəsində bununla bağlı heç bir müddəa yer almayıb. İndi kim repetitor yanına getmir, demək olar ki, o, ali məktəbə daxil ola bilmur. Bu gün ali məktəbə qəbul olunanlar arasında barmaq sayı qədər tələbə var ki, o, repetitor yanına getməyib”.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin iclasında Qüdrət Həsənquliyev qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Deputat bildirib ki, repetitor tutmaq valideynlərin büdcəsinə ziyan vurur: "Bəzən valideynlər öz uşaqlarını lazımı qidalandırmır, amma onları müəllim yanına hazırlığa göndərir. Bunun qarşısının alınması üçün müəllimlərin maaşı qaldırılmalıdır. Əgər repetitorluq dövlət tərəfindən qəbul olunursa, o zaman qanunda nəzərdə tutulmalıdır. Yox əgər qəbul olunmursa, o zaman bunun həlli tapılmalıdır".

Q. Həsənquliyev çıxışı zamanı iki növbəli məktəblərlə bağlı fikirlərini bildirib. O deyib ki, iki növbəli tədris olmamalıdır: "Avropada iki növbəli tədris ləğv olunub. Əgər məktəb çatışmazlığı varsa, o zaman yeni məktəblər tikilməlidir. Bu məsələləri həll etmədən ciddi dəyişiklərə nail ola bilməyəcəyik".

Deputatın sözlərinə görə, Azərbaycan ali təhsil müəssisələrinin sayına görə, region dövlətlərindən geri qalır: "Bundan başqa, Azərbaycanda ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəbə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilməlidir. Əgər bu həll olunarsa, o zaman repetitorla bağlı məsələlər həllini tapacaq. Əks halda, nə qədər ciddi qanunlar qəbul olunsa da müsbət heç nəyə nail ola bilməcəyik".

  • Əvvəlki

    “Həmin kreditlərin 80%-i problemlidir” - Ən böyk məbləğin olduğu bankı açıqladı

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
12.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0