USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

4 ayda nağd xarici valyutanın alışı satışını 190 milyon dollar üstələyib - AMB

06.05.2026 İqtisadiyyat
0 0
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib ki, bu da həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir.

Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

Bildirilib ki, ilkin rəqəmlərə görə 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.

“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Xüsusilə aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb və Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10.2% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb”, - məlumatda qeyd edilib.

  • Əvvəlki

    Mərkəzi Bank son iki ayda AZIR indeksinin orta dərəcəsini açıqlayıb

Digər xəbərlər

06.05.2026 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
06.05.2026 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0