USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu tarixdə açıqlayacaq

06.05.2026 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il iyun ayının 24-də ictimaiyyətə açıqlanacaq.

Kommersant.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. Vurğulanıb ki, inflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5% səviyyəsində saxlanılıb. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.

  • Əvvəlki

    Mərkəzi Bank son iki ayda AZIR indeksinin orta dərəcəsini açıqlayıb

Digər xəbərlər

06.05.2026 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
06.05.2026 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0