USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanılıb

06.05.2026 İnşaat və Əmlak
0 0
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlayıb.

Qurum xatırladıb ki, ölkə Prezidentinin 21.04.2026 tarixli fərmanı ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib – güzəştli ipoteka kreditini almaq və Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişləndirilib. Müvafiq dəyişikliklə azı 3 il stajı olan hakimlər də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib.

Dövlət başçısının fərmanını icra etmək məqsədilə MİDA “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparıb həmin kateqoriyaya uyğun olan hakimlərin təqdim etməli sənədləri müəyyənləşdirib. Sənədlərin siyahısı ilə mida.gov.az internet səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Həmin şəxslər bu gündən “SİMA Rəqəmsal İmza” ( https://sima.az/az ), “ASAN İmza” (https://asanimza.az/) və yaxud “SİMA Token” (Elektron İmza) (https://sima.az/az/token) istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

  • Əvvəlki

    4 ayda nağd xarici valyutanın alışı satışını 190 milyon dollar üstələyib - AMB

Digər xəbərlər

28.04.2026 İnşaat və Əmlak
Qaradağda dağılan körpü yenidən tikiləcək
0 0
20.04.2026 İnşaat və Əmlak
Bakıda 100 min bina söküləcək? - AÇIQLAMA
0 0
17.04.2026 İnşaat və Əmlak
Azərbaycanda mənzillər bahalaşıb
0 0