USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı!

06.05.2026 Bank
0 0
Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan “Summer Challenge 2026” təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələbə və yeni məzunlara müasir bankçılıq mühitindəreal iş təcrübəsi qazanmaq, peşəkar mentorlardan öyrənmək və ən əsası – gələcək karyerasını Yelo komandasının bir üzvü kimi davam etdirmək şansı verir.

3 ay davam edəcək təcrübə proqramı çərçivəsində gənclər nəzəri biliklərini praktiki tapşırıqlarla möhkəmləndirəcək, korporativ mədəniyyəti daxildən öyrənəcək və komanda işinin effektivliyini hiss edəcəklər.

İştirakçılar sahib olduqları keyfiyyət və bacarıqlara uyğun olaraq İnsan Resursları, Satış, Maliyyə və Mühasibatlıq, Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendin İdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.

Namizədlərdən aşağıdakı keyfiyyətlər gözlənilir:

✔️ Təşəbbüskarlıq və daim öyrənməyə həvəs;
✔️ Pozitiv enerji və kreativ düşüncə;
✔️ Nəticəyönümlü yanaşma və komanda ruhu.

Proqrama qoşulmaq istəyənlər 25 may 2026-cı il tarixinədək 3 qısa sualı cavablandıran 60-90 saniyəlik motivasiya videosu çəkərək qeydiyyat formunu doldurmalıdırlar.

Seçim zamanı özünü səmimi ifadə edən və tapşırığa yaradıcı yanaşan namizədlərə üstünlük veriləcək. Yayını həm əyləncəli, həm dəkaryeran üçün səmərəli keçirmək istəyirsənsə, “Summer Challenge” sənə parlaq bir başlanğıc vəd edir. Müraciət üçün tələsin: https://ylb.az/summerch2026.

Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!