USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayrampulu veriləcək ailələrin sayı açıqlandı

20.12.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev 19 dekabr 2018-ci il tarixində “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Srəncamda 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Sənədə əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Kommersant.az"a daxil olmuş məlumata görə, Sərəncam ümumilikdə hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsi maddi təminatlarına bir dəstək olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsi təmin ediləcək.

  • Əvvəlki

    Naxçıvanda mobil rabitə xidmətinin dəyəri 39 mln. manat olub

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
12.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0