USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"SOCAR" işçiləri olmadan da pul qazana bilirmiş

23.01.2019 İqtisadiyyat
0 0
“SOCAR” yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib.

"SOCAR" yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib.

"Kommersant.az" xəbər verir ki, şirkət bütün sahələrdə növbətçilik təşkil olunması, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədilə növbətçilərin sahələrdə saxlanılması ilə bağlı məlumat vermişdi. Belə ki, "SOCAR" hava və dəniz nəqliyyatları vasitəsilə ümumilikdə 2500 nəfərədək neftçinin sahilə çıxarılması üçün tədbirlər görüldüyünü söyləyib.

Ölkənin əsas gəlir mənbələrindən olan "SOCAR"ın fəaliyyətinin səngiməsinin nə qədər itkiyə səbəb olacağını öyrənmək məqsədilə şirkətin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovla əlaqə saxladıq. İ.Əhmədov heç bir itkinin olmadığını bildirdi:

"Təhlükəsizlik məqsədilə neftçilər təxliyə olunsa da, iş tam olaraq dayandırılmamışdı. Biz ixracatın azaldılacağı ilə bağlı OPEK - ə məlumat vermişdik. Amma bununla belə ciddi bir itkimiz olmadı. Nə maddi, nə mənəvi. "Socar" üçün neftçilərinin həyatı hər şeydən üstündür".

Məsələ ilə bağlı ekspert İlham Şabanla əlaqə saxladıq. Ekspertin sözlərinə görə, hasilatın azalmaması təbiidir. Çünki Azərbaycanda neft hasilatının 80%-i "BP Azərbaycan" şirkəti tərəfindən həyata keçirilir. Sözügedən şirkət isə bu müddətdə işini dayandırmayıb, heç bir xüsusi təhlükəsizlik tədbiri görməyib:

"Azərbaycanda neft hasilatının 80, qaz hasilatının isə 84%-i "BP Azərbaycan" şirkəti tərəfindən aparılır. Onlar isə heç bir təxliyə tədbiri görmədilər. Çünki onların imkanları, texniki avadanlıqları "SOCAR"ın imkanlarından çox üstündür.

Digər tərəfdən belə bir amili də nəzərə almaq lazımdır ki, "SOCAR"ın dənizdə 3200 neftçisi çalışır. Amma bu 3200 nəfərin heç də hamısı birbaşa neft hasilatı ilə məşğul olmur. Təxliyə edilənlər isə hasilatın aparılmasına kömək edənlər olub. Bütün bu amillər sonda onu deməyə imkan verir ki, bu müddət ərzində Azərbaycanın hər hansı ciddi itkisi olmayıb".

  • Əvvəlki

    Azərbaycanda yanacağın qiyməti qaldırıldı - VİDEO

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0