USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya iqtisadiyyatı üçün 10 risk açıqlanıb

27.02.2019 İqtisadiyyat
0 0
Böyük Britaniyanın “The Economist” jurnalı dünya iqtisadiyyatı üçün 10 riski açıqlayıb.

Bu barədə "Kommersant.az" Report-a istinadən xəbər verir.

Jurnalın mütəxəssisləri hesab edir ki, dünya itisadiyyatının perspektivləri pisləşir. 2019-cu ildə qlobal iqtisadi artım 2018-ci illə müqayisədə 1 faiz bəndi az – 2,8% təşkil edəcək. 2020-ci ildə isə bu rəqəm 2,6%-ə düşəcək.

Bu il dünyada iqtisadi inkişafa manə ola biləcək ən ciddi təhlükə kimi ticarət müharibələri göstərilib. Növbəti yerlərdə ABŞ iqtisadiyyatındakı tənəzzül və inkişaf etməkdə olan ölkələrin bazarlarındakı genişmiqyaslı böhran qərarlaşıb. Dünya iqtisadiyyatına zərbə vuracaq riskləri arasında Çində başlaya biləcək iqtisadi böhran da var.

Bundan başqa, "The Economist" bəyan edib ki, dünya bazarında neft qıtlığının yaranması və qiymətlərin artması, Cənubi Çin dənizində Spratli arxipelaqının kimə məxsus olması ilə bağlı hərbi əməliyyatların başlaması da iqtisadi inkişafa mane ola bilər. Qeyd edək ki, bu adalar qrupuna Çin, Vyetnam, Tayvan, Malayziya, Filippinlər və Bruney iddialıdırlar. Bundan başqa, Çin, Tayvan və Vyetnamın iddialı olduqları Parasel adaları, Çin, Filipinvə Tayvanın iddialı olduqları Skarboro riflərində də hərbi əməliyyatların başlaması riskləri var.

Həmçinin böyük internet resurslarının kiberhücumlardan əziyyət çəkməsi, Koreya yarımadasında hərbi əməliyyatların başlaması, Böyük Britaniyanın avrozonadan razılaşma olmadan çıxması, İtaliyadakı siyasi və iqtisadi qeyri-sabitlin bank böhranına səbəb ola bilməsi də dünya iqtisadiyyatı üçün risklər kimi göstərilib.

  • Əvvəlki

    Neftin qiyməti

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0