USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın icmal büdcəsində 4 mlrd. manatdan artıq qalıq yaranıb

19.04.2019 İqtisadiyyat
0 0
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 439,7 milyon manat, xərcləri isə 5 035,9 milyon manat təşkil edib, büdcədə 403,8 milyon manat qalıq yaranıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, rüb ərzində büdcənin mədaxili 99,1% icra olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 876,3 milyon manat və yaxud 19,2% çoxdur.

Hesabat dövründə Vergilər Nazirliyi büdcəyə 1 672,9 milyon manat (illik müqayisədə 236,4 milyon manat və yaxud 16,5% çox), Dövlət Gömrük Komitəsi isə 1 014,1 milyon manat (287,1 milyon manat və yaxud 39,5% çox) mədaxil edib. Dövlət büdcəsinin maliyyələşdirilən təşkilatların ödənişli xidmətləri hesabına daxilolmalar 93,8 milyon manat, sair daxilolmalar isə 43,9 milyon manat (22,3 milyon manat və yaxud 2 dəfə çox), Dövlət Neft Fondundan transfertlər isə 2 615 milyon manat təşkil edib.

Rüb ərzində büdcənin məxarici isə 100,4% icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 627,9 milyon manat və yaxud 14,2% çoxdur.

İqtisadi təsnifata uyğun olaraq büdcə xərclərinin 41,8%-ni və yaxud 2 104,5 milyon manatını sosialyönümlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) təşkil edib ki, bu da illik müqayisədə 19,5% və yaxud 343,2 milyon manat çoxdur. Xərclərin 2 707,3 milyon manatı və yaxud 53,8%-i cari xərclər, 1 984,4 milyon manatı və yaxud 39,4%-i əsaslı xərclər, 344,2 milyon manatı və yaxud 6,8%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 927,7 milyon manat istifadə edilməklə elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 210 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər investisiya layihələrinə 717,7 milyon manat vəsait yönəldilib.

I rübdə Azərbaycanın icmal büdcəsinin gəlirləri 9 192,2 milyon manat (2 129,2 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 30,1% çox), xərcləri isə 5 076,9 milyon manat (319 milyon manat və yaxud 6,7% az) təşkil edib, büdcədə 4 115,3 milyon manat qalıq yaranıb.

  • Əvvəlki

    "Qaz və elektrikə tətbiq edilən limitin ləğvi məsələsinə baxılır" - İşçi Qrup yaradıldı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0